Şəkəri və təzyiqi olanlara oruc tutmaq olmaq? - Video



 09:39 06.03.2024     640

Şəkərli diabet xəstəliyi nədir?

Şəkərli diabet insulin ifrazının, insulin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlisemiya (qan şəkərini yüksəlməsi) ilə gedən xroniki metabolik xəstəlikdir. Şəkərli diabet xəstəliyinin əlamətləri hansılardır? Susuzluq; Tez-tez sidiyə getmə; Çəki itirmə; Sidik yollarının infeksiyası; Bulanıq görmə; Qaşınma; Yorğunluq; Dəridə və ağızda quruluq; Ayaqlarda keyimə. Kimlər şəkərli diabetə görə risk qrupuna daxildirlər? Ailəsində şəkər xəstəliyi olanlar (xüsusilə 1ci dərəcəli qohumlarda); Ürək-damar xəstəliyi olan insanlar; Artıq çəkisi olanlar (BKİ≥25 kg/m2); Hipertoniyası olanlar (A/T ≥140/90 mm.cv.st); Triqliseridlərin yüksək (≥250 mq/dl) və ya HDL xolesterin ≤3.5 mg/dl olması; 4 kg və daha artıq uşaq dünyaya gətirən qadınlar; 45 yaşından yuxarı şəxslər; Gestasional (hamiləlik) diabet anamnezi; Yumurtalıqların polikistozu sindromu.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az