İranda edamların sayı artır



 12:14 06.03.2024     271

2023-cü ildə İranda 834 iranlı edam cəzasına məhkum edilib.

Demedia.az xəbər verir ki, bu barədə “İran Human Rights Watch” və “Ölüm cəzasına qarşı birlikdə” təşkilatlarının hazırladığı hesabatda qeyd edilib.

Qeyd edilib ki, İranda edamlar son 8 ilin ən yüksək səviyyəsinə 2023-cü ildə çatıb. Hesabatda 2015-ci ildən bəri İranda edam edilənlərin sayında rekordun qeydə alındığı bildirilib. Bildirilib ki, 2023-cü ildə edam edilənlərin sayı 2022-ci illə müqayisədə 43 faiz artıb. Edam cəzası verilən cinayətlər arasında narkotik ticarəti, casusluq və İranın milli təhlükəsizliyini hədəfə alan kimi narkotiklər siyahının başında gəlir.

Bahadur Seyidov