Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır


Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırırlar.
Demedia.az xəbər verir ki, Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.
"2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk".
Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.
Bahadur Seyidov