BMT Haiti ilə bağlı çağırış etdi



 12:43 06.03.2024     274

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres Haitidə pisləşən təhlükəsizlik vəziyyətindən dərin narahat olduğunu bildirib və təcili addımların atılmasına çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik açıqlama verib. Düjarrik bəyan edib ki, Quterreş Haiti hökumətini və digər siyasi aktorları razılığa gəlməyə və demokratik institutların yenidən qurulması üçün siyasi prosesi davam etdirməyə çağırıb. 

Gutteresin Haitidə sürətlə pisləşən təhlükəsizlik vəziyyətindən dərin narahatlıq keçirdiyini ifadə edən Dujarrik bunun Haitili mülki vətəndaşlar üzərindəki təsirinə diqqət çəkib.

Bahadur Seyidov