Braziliya prezidentindən Qəzzaya dəstək



 13:10 06.03.2024     264

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva İsrailin hücumları altında olan Qəzzaya dəstək üçün iştirak etdiyi tədbirdə Fələstin bayrağını açıb.

Demedia.az xəbər verir ki, Paytaxt Braziliyada keçirilən 4-cü Milli Mədəniyyət Konfransının açılış mərasiminə qatılan Lula da Silva Fələstinə dəstəyini bir daha təkrarlayıb. Konfransda Fələstin bayrağını qaldıran Lula da Silva çıxışında "Bu yaxınlarda Fələstində baş verənləri gündəmə gətirdiyim üçün çox tənqid olundum. Zaman göstərəcək ki, mənim haqlıyam. Fələstin xalqının şərəfli bir dövlətə sahib olmaq və öz dövlətlərini qurmaq hüququ var” deyə bildirib.

Bahadur Seyidov