İƏT Qəzzada münaqişənin həllini üçün beynəlxalq sülh konfransının keçirilməsi ilə bağlı çağırış etdi



 14:19 06.03.2024     262

İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında Qəzzada münaqişənin həllini təmin etmək üçün beynəlxalq sülh konfransının keçirilməsi ilə bağlı çağırış edilib.

Demedia.az xəbər verir ki, təklifi Türkiyə irəli sürüb. Məlumata görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Toplantısında İsrailin Qəzzaya hücumları, onun blokadası və humanitar yardımı ilə bağlı qərar layihəsi hazırlanıb. Qərar layihəsində Türkiyənin təklifi ilə münaqişənin həlli üçün beynəlxalq sülh konfransının keçirilməsi çağırışı edilib və bu çərçivədə mümkün razılaşmanın həyata keçirilməsi üçün təminat mexanizminin yaradılmasının zəruriliyi vurğulanıb.

Bahadur Seyidov