HƏMAS atəşkəs üçün şərtlərini irəli sürüb


HƏMAS hərəkatının Siyasi Büro üzvü Usamə əl Həmdan Qəzzada atəşkəsin təmin edilməsi üçün ABŞ administrasiyasının İsrailə ciddi təzyiq etmədiyini bildirib.
Demedia.az xəbər verir ki, Həmdan paytaxt Beyrutda HƏMAS-ın ofisində keçirdiyi mətbuat konfransındakı açıqlamasında belə deyib. İsraillə Qəzzada hərtərəfli və tam atəşkəsin təmin edilməsi üçün vasitəçi kimi çıxış edən Misir və Qətərlə görüş keçirdiklərini ifadə edən Həmdan, HƏMAS-ın mümkün razılaşma təklifi üçün şərtlərini irəli sürdüyünü qeyd edib.
Həmdan atəşkəs razılaşması üçün HƏMAS-ın bəyan etdiyi şərtlərin İsrail əsgərlərinin Qəzza zolağından tamamilə çıxarılması, köçkün mülki əhalinin öz ərazilərinə qayıtması və bütün lazımi yardımların Qəzzaya daxil olması olduğunu vurğulayıb.
Bahadur Seyidov