“Hər kəs imtina etsə də, Malatya təslim olmaz”



 18:00 06.03.2024     270

Prezident Ərdoğan fevralın 6-da baş verən zəlzələdən böyük dağıntılar yaşayan Malatyada keçirilən seçki mitinqinə qatılıb.

Demedia.az xəbər verir ki,çıxışına izdihamın çox olduğu mitinq sahəsində pankartları oxuyaraq başlayan Ərdoğan, “Hər kəs təslim olsa, Malatyalılar da təslim olmaz” yazılı pankartı görən “Allahına qurban” cavabını verdi. 31 Mart yerli seçkiləri öncəsi Malatyada keçirilən mitinqdə çıxış edən prezident Ərdoğanın açıqlamaları belədir; Keçən ilin may ayında keçirilən prezident seçkilərində 72 faiz səslə Xalq Birliyinə dəstək verən Malatyaya minnətdarlığımı bildirirəm. Malatya yenə sandıq başına epik bir hekayə yazdı. Türk Yüzyılının quruculuğunda Malatya ilə birlikdə addımlamaqdan qürur duyuruq.