Antalyada təbii fəlakət - Görüntüləri yayıldı



 23:09 06.03.2024     626

Antalyanın Kumluca rayonunda ötən gün baş verən tornado əkinçilik sahələrinə ziyan vurub, evlərin günəş panellərini söküb.

Demedia.az xəbər verir ki, tornado fəlakəti anı təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə qeydə alınıb. Tornado saniyələr ərzində istixanaların üzərindən keçərək böyük maddi ziyanı geridə qoyub.

Dünən axşam saatlarında Kumluca rayonunun Yeni Mahalle, Mərkəz və Toptaş məhəllələrində yağan yağışla təsir edən tornado və fırtına əkinçilik sahələrinə və müəssisə binalarına ziyan vurub. Kumluca Bələdiyyəsində dağıntılara səbəb olan tornado nəticəsində günəş paneli yıxılan avtomobildə olan uşaq yüngül xəsarət alıb. Tornado nəticəsində istixanalara ziyan dəyib. Ağacları kökündən çıxaran tornadoda bəzi avtomobillərə də ziyan dəyib. Elektrik verilişi xətləri zədələndiyi üçün rayonun bəzi ərazilərinə elektrik enerjisi verilə bilməyib. 

Aysun / Demedia.az