Cənubi Koreya, ABŞ və Taylandın birgə kəşfiyyat təlimi keçirib



 09:34 07.03.2024     294

Cənubi Koreya, ABŞ və Tailand dəniz qüvvələri birgə kəşfiyyat təlimi keçirib.

Demedia.az Yonhap-a istinadən xəbər verir ki, ötən həftə Taylandda başlayan “Cobra Gold” çoxmillətli proqramı çərçivəsində Cənubi Koreya, ABŞ və Tayland dəniz qüvvələrinin təxminən 40 personalının iştirakı ilə ortaq təlim keçirilib.

Təlim zamanı müxtəlif kəşfiyyat təlimləri, o cümlədən sualtı dözümlülük və cəngəllikdə sağ qalma bacarıqları verilib.

Ötən həftə Taylandda başlayan və martın 7-də başa çatacaq "Kobra Qızıl" proqramında 30 ölkədən təxminən 9 min personal iştirak edir.

Əvvəlki illərdə mediada əksini tapan “əsgərlərin ilan, əqrəb, kərtənkələ kimi heyvanları diri-diri yeməsi və ya öldürüb qanlarını içməsi” ilə bağlı mediada əksini tapan görüntülər heyvan haqları təşkilatları başda olmaqla bir çox təbəqənin reaksiyasına səbəb olub.

Bahadur Seyidov