Hindistanda inanılmaz hadisə: Müştərilər restoranda qan qusdu


Hindistanda bir restoran bir qrup müştəriyə ağız təravətləndiricisi kimi quru buz təqdim edib.
Demedia.az xəbər verir ki, bu barədə Hindista KİV-i məlumat yayıb.
Belə ki, hadisədən sonra müştərilərin ağızlarından qan axıdıb.
Şənbə günü baş verən hadisədən sonra bütün müştərilər xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən müştərilərdən ikisinin vəziyyətinin ağır olduğu açıqlanıb.
Restoran müdiri “xəsarət və zəhərlənmə” ittihamı ilə həbs edilib.
Bahadur Seyidov