Fransa polisi Paris meriyasına basqın edib



 10:31 07.03.2024     270

Fransa polisi Paris merini korrupsiya və qeyri-qanuni qazanc əldə etməkdə ittiham edən istintaq çərçivəsində şəhər meriyasına basqın edib.

Demedia.az xəbər verir ki,“France İnfo”nun məlumatına görə, Milli Maliyyə Prokurorluğu tərəfindən 2023-cü ildə korrupsiya ittihamları ilə Paris meri Anne Hidalqoya qarşı açılan istintaq çərçivəsində Paris meriyasında axtarış aparılıb. Bələdiyyə sədri Hidalqo, verdiyi yazılı açıqlamada, ona qarşı irəli sürülən ittihamlar qarşısında rahat və arxayın olduğunu bildirib. Hidalqo ədalətin həqiqəti üzə çıxaracağına inandığını bildirib.

Qeyd edək ki, korrupsiyaya qarşı mübarizə birliyi, Hidalqonun Fransız Polineziyası və Yeni Kaledoniyaya səfəri zamanı bələdiyyə büdcəsindən şəxsi xərcləri üçün istifadə etdiyini və qeyri-qanuni mənfəət əldə etdiyini iddia edərək, mer əleyhinə şikayət etmişdi.

Bahadur Seyidov