Fələstin XİN-dən Qəzza ilə bağlı açıqlama



 11:40 07.03.2024     269

Humanitar yardımın Qəzza zolağına dəniz yolu ilə daxil olmasına icazə İsrail onun qurudan daxil olmasına mane olmaqla, Qəzza zolağının işğalını gücləndirməyi hədəfləyir.

Demedia.az xəbər verir ki,  Fələstin Xarici İşlər Nazirliyi belə açıqlama verib. Açıqlamada İsrailin hücum və blokadasını davam etdirdiyi qeyd edilib və Qəzza zolağına humanitar yardımların girişinin əngəlləməsi pislənilib. İsraildən humanitar yardımların daxil olması üçün Qəzza zolağı ilə sərhəd qapılarını açmasını tələb edən bəyanatda bu ifadələr yer alıb:

"İsrailin yardımların dəniz yolu ilə Qəzzaya daşınmasına icarə verməyə və qurudan girişin qarşısını almağa fokuslanmış kimi görünür. Bu yolla İsrail işğalı möhkəmləndirməklə yanaşı, İordan çayının qərb sahili ilə Qəzza zolağının ayrılmasını və xalqımızı deportasiya etməyi hədəfləyir".

Bahadur Seyidov​