NATO ölkələrindən 1000-dən çox rusiyalı diplomat deportasiya edilib



 12:19 07.03.2024     254

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, son illərdə NATO ölkələrindən 1000-dən çox rusiyalı diplomat deportasiya edilib.

Demedia.az xəbər verir ki, Zaxarova Belçikanın baş naziri Aleksandr De Kroonun “son aylarda onlarla rus diplomatının ölkədən qovulması” ilə bağlı bəyanatına dair suala belə münasibət bildirib. NATO ölkələrindən bir çox diplomatın deportasiya edildiyini bildirən Zaxarova, De Croonun açıqlamasının təvazökar olduğunu və yüzlərlə rus diplomatın buna məruz qaldığını bildirib.

“Onlar göndərirlər, biz yenisini göndəririk, geri göndərirlər, ya da viza vermirlər” - Zaxarova deyib.

Bahadur Seyidov