Rusiyadan Finlandiya prezidentinin bəyanatına etiraz
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın nüvə silahlarının Şimali Avropaya yerləşdiriləcəyi təqdirdə Rusiya ilə NATO arasında birbaşa hərbi münaqişə ssenarisində hədəf olacağını bildirib.
Demedia.az xəbər verir ki, Zaxarova Finlandiya Prezidenti Aleksandr Stubbın “Finlandiya üçün nüvə silahı çəkindirici olması baxımdan vacibdir” ifadələrinə münasibət bildirib. ABŞ-ın nüvə silahlarının Şimali Avropaya yerləşdiriləcəyi təqdirdə, bu silahları alan ölkələrin təhlükəsizliyini gücləndirməyəcəyini ifadə edən Zaxarova, “ABŞ-ın nüvə silahları Şimali Avropada peyda olarsa, bu silahları alan ölkələrin təhlükəsizliyi nəinki zəifləmiş, həm də açıq şəkildə zədələnmiş olacaq” deyə bildirib.
Bahadur Seyidov