Hansı vitamin çatışmayanda dırnaqda ağ ləkə yaranır? - Video



 10:12 07.03.2024     591

Bəzən dırnağı harasa vuranda, bilmədən dişləyəndə, yaxud ən dəhşətlisi – qapı arasında qalanda bu cür ağ ləkələr ortaya çıxır.

Tibbi adı leykonixiya (leuconychia) olan problem bu gün çox adamda var. Bəzən dırnağı harasa vuranda, bilmədən dişləyəndə, orqanizmdə vitamin çatışmazlığı olanda ağ ləkələr ortaya çıxır. Həmçinin, dırnaqdakı ağ ləkələr göbələk infeksiyasının, allergiyanın, hansısa dərmanın əks təsiri də ola bilər. Yəni uzun müddət ərzində bu ləkələri dırnaqlarınızda görürsünüzsə, səbəbini araşdırmaqda fayda var. Dırnaqdakı ağ ləkələrin səbəbləri. Dırnaq kökündəki stress dırnaqdakı ağ ləkələrin ən geniş yayılmış səbəblərindəndir. Dırnaq stressinin əsasında fiziki yaralanmalar dayanır. Dırnaq bərk bir yerə çırpılanda, yaxud qapının, pəncərənin arasında qalanda bu vəziyyət yaranır. Bunlardan əlavə, göbələk infeksiyaları, allergik reaksiyalar da dırnaqda ağ ləkələr əmələ gətirir. Yəni, bədənimiz nələrinsə düzgün getmədiyini bu cür kiçik işarətlərlə də verə bilir. Göbələk infeksiyaları. Xəstəliyi “zəhərli onixomikoz” adlanan göbələk törədir. Əvvəlcə, dırnaq altında sarımtıl ləkə görünür. Zamanla ləkə böyüyür və göbələklərin sporları dırnağın strukturuna nüfuz edir. Zamanla Dırnaq kobudlaşır, qalınlaşır və çatlamağa başlayır. Xüsusən, ayaq dırnaqlarında olduqda narahatlıq yaradır. Xəstə dırnaqlar, həm də, pis görsənir. Ancaq bu, aysberqin yalnız görünən hissəsidir. Göbələk orqanizmin hesabına qidalanır; nəticədə, bədənimiz zəifləyir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az