Supermen səmanı necə görüb? - Alimlər açıqladı
Elmi fantastika və komiks dünyasında “Rentgen” divarların arasından görə bilmək deməkdir. Əslində, bu, bizim gözümüzlə mümkün olmasa da, rentgen şüalarının tədqiqi kainatı anlamaqda böyük əhəmiyyət kəsb edir.
Demedia.az xəbər verir ki, bu yaxınlarda aparılan bir araşdırma da bu araşdırmaların əhəmiyyətini vurğulayır.
Maks Plank adına Yerdənkənar Fizika İnstitutunda eROSITA konsorsiumunda iştirak edən astronomlar layihənin son rentgen skanını paylaşdılar. Göyün yarısını əhatə edən araşdırmada kosmosda 900 min rentgen mənbəyi görünür. Bu, Chandra və digər orbit alətləri də daxil olmaqla, rentgen astronomiyası tərəfindən illər ərzində aşkar edilmiş rentgen mənbələrinin ümumi sayından çoxdur.
eROSITA, Spectrum-RG peykində yerləşən yüngül çəkili rentgen görüntüləmə teleskopunun adıdır. Bütün səmanı skan edən ilk araşdırma eRASS1 12 dekabr 2019-cu ildə başladı və 7 ay davam etdi. Teleskopun ən həssas yerində 170 milyon rentgen fotonu aşkar edilmişdir.
Bu ilk taramadan sonra astronomiya qrupu 2020-ci ilin iyunundan 2022-ci ilin fevralına qədər daha üç skan etdi və bütün bu rentgen məlumatlarını tezliklə paylaşmağa hazırlaşır.
Rentgen astronomiyası xüsusi olaraq kainatdakı isti və enerjili obyektlərə və hadisələrə diqqət yetirir. Bunlara qalaktika mərkəzləri (kütləvi qara dəliklərin yerləşdiyi yer), fövqəlnova partlayışları, yeni doğulmuş ulduzlar və maddənin yüksək temperatura çatdığı digər yerlər daxildir.
eROSITA-nın ilk tam səma sorğusu. Burada Günəş sistemindən (qırmızı), qalaktik müstəvidən (mavi) və fövqəlnovadan (yaşıl və sarı) çıxan qazlar kimi enerji mənbələrini tapa bilərsiniz.
eRASS1 məlumat dəstində 710 min yüksək kütləli qara dəlik, Süd Yolu Qalaktikasında 180 min rentgen şüası yayan ulduz və 12 min qalaktika çoxluğu müəyyən edilib. Bunlardan başqa, dəstdə rentgen şüaları yayan qoşa ulduz sistemləri, fövqəlnova qalıqları, pulsarlar və digər obyektlər də var idi.
eROSITA-dan Andrea Merloni bu rəqəmlərin rentgen astronomiyası üçün kifayət qədər böyük olduğunu bildirir və əlavə edir: “6 aylıq bir müddətdə biz XMM-Nyuton və Çandra kimi 25 il ərzində aşkar etdiyimiz böyük missiyalardan çox daha çoxunu aşkar etdik".
Aysun / Demedia.az