Arvadını yatarkən öldürdü: Tək günahım çox sevməyim idi
Türkiyədə dəhşətli hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, Bağcılarda arvadını yatarkən iki dəfə güllələyən Faruk Karabulak haqqında hökm açıqlanıb. İclasda müdafiə çıxışı edən Karabulak deyib:
“Mənim tək günahım həyat yoldaşımı çox sevməyim idi. Mən onu uşağımdan da çox sevirdim. Bu, qismət idi, mənim heç bir günahım yox idi, qəza idi”.
Məhkəmə təqsirləndirilən şəxsə ağırlaşdırılmış ömürlük həbs cəzası kəsib.
Aysun / Demedia.az