6 mərtəbəli bina bir anda yerlə-yeksan oldu - VİDEO



 22:36 07.03.2024     591

Hatayın Antakya rayonunda kəndirlə sökülərək yıxılan 6 mərtəbəli binanın domino kimi yıxıldığı anlar kameralara düşüb.

Demedia.az xəbər verir ki, mərkəzi Kahramanmaraş olan zəlzələlərdə böyük dağıntıların yaşandığı Hatayda dağıntıların çıxarılması işləri yekunlaşıb.

Antakyanın Esentepe Məhəlləsində zəlzələdən zərər çəkən məhkəmə prosesi tamamlanan 6 mərtəbəli bina iş maşını ilə kəndir çəkilərək idarəli şəkildə sökülüb. Binanın idarəli şəkildə kəndir çəkilərək söküldüyü anlar mobil telefon kamerası ilə saniyə-saniyə lentə alınıb. Görüntülərdə 6 mərtəbəli binanın domino daşı kimi yıxıldığı an əks olunub.

6 mərtəbəli binanın nəzarət altında söküntüsü zamanı hər hansı xoşagəlməz hadisə baş verməyib.

Aysun / Demedia.az