Bu bölgədə yenidən 4,4 bal gücündə zəlzələ oldu



 14:00 08.03.2024     259

AFAD-dan verilən açıqlamada Muğlanın Marmaris rayonu sahillərində 4,4 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Demedia.az xəbər verir ki,Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Başçılığının (AFAD) internet saytındakı məlumata görə, saat 07.27-də 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Aralıq dənizi sahillərində olan zəlzələnin episentri Muğlanın Marmaris rayonundan 41,39 kilometr uzaqlıqda, 36,05 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib. Digər tərəfdən Muğlada çaxnaşmaya səbəb olan zəlzələ ətraf illerde də hiss olunub.