NATO-nun təlimlərinə Rusiyadan sərt reaksiya



 14:12 08.03.2024     274

NATO-nun “Əjdaha 24” adlı hərbi təlimləri Polşanın Korzenyevo bölgəsində və “Şimali cavab 24” Norveç, İsveç və Finlandiyanın şimalında keçirilir.

Demedia.az xəbər verir ki, bu təlimlərlə bağlı Rusiyadan diqqətçəkən açıqlama verib.

“İnterfaks” xəbər agentliyinin verdiyi məlumata görə, Patruşev bəyanatında bildirib ki, NATO-nun son hərbi təlimi “Rusiya ilə silahlı münaqişənin məşqi kimi görünür”.

 NATO-nun verdiyi yazılı açıqlamaya görə, müttəfiq ölkələr “Əjdaha 24” təlimi çərçivəsində çəkindirmə və müdafiə imkanlarını gücləndirib.

Qeyd edək ki, martın 4-5-də Polşanın Korzenyevo bölgəsində keçirilən hərbi müdafiə təlimində əsgərlər Polşanın rəhbərlik etdiyi təlimlər çərçivəsində Vistula çayını keçiblər.   Təlimə Polşa Prezidenti Anjey Duda və Litva Prezidenti Gitanas Nauseda baş çəkib. NATO-nun son illərdəki ən böyük hərbi təlimi olan Steadfast Defender 24-ə NATO ölkələrindən təxminən 90 min əsgər qatılıb.

Bahadur Seyidov