Şimali Koreya liderindən müharibə hazırlığını artırmaq əmri



 15:14 08.03.2024     262

Şimali Koreya lideri Kim Çen In ölkənin qərbindəki hərbi bazaya gedərək təlimləri müşahidə edib.

Demedia.az xəbər verir ki, ssgərlərin səhra hazırlığına nəzarət edən Kim Çen In orduya döyüş hazırlığını artırmağı əmr edib.

Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın 11 günlük birgə “Azadlıq Qalxanı” təliminə başlamasından sonra ölkənin qərbindəki hərbi bazaya baş çəkib.

Mövcud vəziyyətin tələblərinə uyğun olaraq ordunun döyüş hazırlığını gücləndirərək dinamik şəkildə yeni dövrə başlaması lazım olduğunu bildirən Kim, döyüş hazırlığının artırılması əmrini verib.

Bahadur Seyidov