Yunanıstanın baş naziri Rusiyanı Avropanın “düşməni” adlandırıb



 15:48 08.03.2024     286

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Rusiyanı Avropanın “düşməni” adlandırıb və lazım olduğu müddətdə Kiyevi hərbi və iqtisadi cəhətdən dəstəkləyəcəyini vəd edib.

Demedia.az xəbər verir ki, bu barədə o, Avropa Xalq Partiyasının Buxarestdə keçirilən konfransında vurğulayıb.

“Avropa üçün bu qaranlıq saatda biz Ukraynanı vahid cəbhə ilə dəstəkləmək əzmində olduğumuzu nümayiş etdirdik, bu, düşmənlərimizin gözləmədiyi bir şeydir. Siz bizi qorxutmayacaqsınız, biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”.

Bahadur Seyidov