Norveçdən Ukraynaya dəstək



 16:12 08.03.2024     289

Norveçin baş naziri Jonas Gahr Store, Çexiyanın Ukraynaya silah-sursat vermək üçün başlatdığı təşəbbüsə 153 milyon dollar ayıracaqlarını bildirib.

Demedia.az xəbər verir ki, o açıqlamasında Ukraynanın Rusiyaya qarşı müqavimət göstərmək üçün təcili olaraq böyük miqdarda sursata ehtiyacı olduğunu ifadə edib.

Sursat çatışmazlığının Ukraynanın özünümüdafiə gücünü məhdudlaşdırdığını ifadə edən Store, sursat tədarükünün Kiyevə hücumlara müqavimət göstərmək qabiliyyəti verəcəyini bildirib.

Bahadur Seyidov