Elm adamları İngiltərədə dünyanın ən qədim meşə qalıqlarını tapıblar
Elm adamları İngiltərənin cənub-qərb sahillərindəki qayalıqlarda dünyanın ən qədim meşəsini tapdıqlarını ifadə ediblər.
Demedia.az xəbər verir ki, fosilləşmiş meşə Somersetdəki Mineheaddə yüksək hündürlükdə olan qumdaşı qayalarında tapılıb. Kembric və Kardiff Universitetlərinin tədqiqatçıları bildiriblər ki, onların tapıntıları Britaniyada və dünyada məlum olan ən qədim ağaclardır. Kalamopiton kimi tanınan ağaclar palma ağaclarına bənzəyir.
Fosillər yüz milyonlarla il əvvəl ağacların ətraf mühiti necə formalaşdırdığını, çay yataqlarını və sahil xətlərini sabitləşdirdiyini göstərir.
Bahadur Seyidov