Nigeriyadakı “Boko Haram” terror təşkilatı 100-dən çox şagirdi qaçırıb



 18:00 08.03.2024     341

Nigeriyadakı “Boko Haram” terror təşkilatı düşərgədə toplanan 100-dən çox nigeriyalı şagirdi və onların müəllimlərini qaçırıb.

Demedia.az xəbər verir ki, ölkənin şimal-qərbindəki Kuriqa qəsəbəsində onlarla silahlı şəxs məktəbə daxil olaraq, 8-15 yaşlarında 100-dən çox şagird və bir müəllimi qaçırıblar. Oğurluq zamanı bir tələbə silahlı şəxslər tərəfindən güllələnib və tələbənin müalicə olunduğu bildirilir.

Hələlik hökumətdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Bahadur Seyidov