Əsəbləri 5 dəqiqəyə sakitləşdirir - Yuxusuzluğun çarəsi möcüzə bitki - Video



 10:35 09.03.2024     537

Hələ qədim zamanlardan bir çox bitkidən tibbdə əsəb, stress, yuxu pozğunluğu zamanı istifadə ediblər.

Stress və ondan qaynaqlanan yuxu pozğunluqları bu gün əksər insanın əziyyət çəkdiyi problemdir. Çox vaxt keçər dediyimiz bu kimi hallar bəzən illərlə davam edə bilir. Problemlər bitmədiyi üçün əsəb, stress də təbii ki bitmir. Bəs nə edək? Təbii vasitələrlə bu problemi aradan qaldıra bilərikmi?

Əsəb, stresə qarşı qəhvə də faydalı qidalar siyahısındadır. Tərkibindəki faydalı komponentlər sayəsində qəhvə ümumi sağlamlığı, xüsusilə də, mənəvi və idrak funksiyalarını yaxşılaşdırmağa kömək edir, eyni zamanda, bir çox xəstəliklərdən qorunmaqda çox təsirlidir. Zehni təmizləmək, ayıqlıq və enerji səviyyələrini artırmaq və canlılıq təmin etmək kimi təsirləri ilə tanınsa da, qəhvənin faydaları bununla məhdudlaşmır. Qəhvə faydaları və xəstəliklərə təsiri ilə bağlı tez-tez elmi araşdırmalarda yer alan qida növlərindən biridir. Həm ölkəmizdə, həm də dünyada bir içki olaraq geniş şəkildə istehlak edilən qəhvə dəriyə qulluq vasitələrində də tez-tez istifadə edilən bir bitki növüdür. Qəhvənin digər bir çox xəstəliklərə qarşı da qoruyucu gücü vardır. Bunlara: Alzheimer, Parkinson və Demans Xəstəlikləri aid edilə bilər. Bundan əlavə qəhvə, fiziki performansı artırır, enerji Səviyyəsini artırır və intellekti gücləndirir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az