Oğlan uşaqlarının cinsiyyət orqanı...| Bunlara diqqət edin! - Video
Oğlanların cinsiyyət orqanlarının normaları
Oğlan uşaqlarının valideynləri ilk növbədə uşağın cinsiyyət orqanlarının düzgün inkişafına diqqət yetirməlidirlər. Belə ki, bu orqanlarda baş verən anomaliyalar daha nəzərəçarpandır. Əgər valideynlər mövcud anomaliyanı diqqətdən qaçırsalar, onları müalicə etmək daha çətin olacaq. Əvvəlcə əmin olmaq lazımdır ki, uşağın cinsiyyət orqanı düzgün formalaşıb: – Sidik kanalı cinsiyyət orqanı boyunca uzanıb baş hissədə açılır; – Xayalar xayalıqda yerləşir; – Sünnət dərisi hərəkətlidir və cinsiyyət orqanının başını sıxmır; – Aralıq nahiyəsində əlavə dəlik və yarıqlar yoxdur. Nəzərdə saxlayın ki, cinsiyyət orqanlarının bütün anomaliyaları erkən uşaqlıq dövründə daha asan korreksiya olunur. Ona görə də istənilən şübhələr zamanı mütəxəssisə müraciət etmək lazımdır.
Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Uşaq Cərrahı və Uroloqu Vüsal Cəfərov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az