Yumurtalıq kistaları | Hansı hallarda təhlükəlidir? - Video
Yumurtalığın kistası nədir?
Kista qişası olan və içi maye ilə dolu çevrəvari törəmədir. Yumurtalığın kistası bir və ya çoxlu (bir yumurtalıqda bir neçə kista) sayda, habelə bir kameralı və çoxkameralı olur. Birkameralı kista daxildən arakəsmələri olmayan adi kisədir. Çoxkameralı kistada daxildən çoxlu sayda arakəsmələr olur. Hesab olunur ki, birkameralı kista çoxkameralı kistadan daha təhlükəsizdir. Yumurtalıqların kistası kimdə yarana bilir? Yumurtalıqların kistası gənc qızlarda və reproduktiv yaşlı qadınlarda (yəni klimaksın hələ başlamadığı qadınlarda) aşkar olunur. Bundan başqa, menstruasiyası hələ başlamayan bəzi qızlarda (adətən bu, anadangəlmə kistalardır) və menopauzanın ilk 5 illiyində bəzi qadınlarda da yumurtalığın kistasının yaranma riski olur.
Mama-Ginekoloq Vüsalə Əzizova mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Mama-ginekoloq Vüsalə Əzizova "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az