ABŞ mətbuatı: Ağ Evin Netanyahudan məyusluğu artır
ABŞ-da fəaliyyət göstərən “Intelligencer” saytının məlumatına görə, ABŞ prezidenti Co Bayden dövründə İsrailin baş naziri Binyamin Netanyahunun rəhbərliyindən narazılıq artır.
Demedia.az xəbər verir ki, saytda yer alan "Baydenin Netanyahudan imtina planı" başlıqlı xəbərdə Ağ Ev rəhbərliyinin Netanyahudan artan narazılığı müzakirə edilib.
Xəbərlərdə fikirlərinə yer verən İsrailin ABŞ-dakı keçmiş səfiri İtamar Rabinoviç Ağ Evin uzun müddətdir Netanyahudan narazı olduğunu ifadə edib.
Rabinoviç, Bayden və Netanyahunun bir çox mövzuda razılaşa bilmədiklərini şərh edərək, bunların İsrailin hücumlarından sonra Qəzzadakı vəziyyət, Fələstin Administrasiyası və İsrail-Fələstin danışıqları kimi mühüm mövzuları əhatə etdiyini bildirib.
Xəbərdə Bayden administrasiyasının məsələ ilə bağlı mövqeyindən xəbərdar olan ABŞ mənbəsi olaraq təyin olunan başqa bir şəxs isə “Ağ Ev Netanyahunun manevr yeri olmadığını anladı” şərhini verib və deyib: “Məncə, bu siyasət tamamilə dəyişməlidir. Vaxt azalır”.
Bahadur Seyidov