İsveçrədə 6 xizəkçi dağda itib



 10:52 11.03.2024     265

İsveçrədə xizək sürmək üçün Matterhorn dağına qalxan 6 nəfər itkin düşüb.

Demedia.az xəbər verir ki, polis axtarış-xilasetmə işlərinə "çox pis hava şəraiti"nin mane olduğunu bildirib.

İsveçrə polisi bu gün xizəkçilərin İsveçrə ilə İtaliya sərhədinin ortasında yerləşən Matterhorn dağı yaxınlığında, Zermatt-Arolla yolunun yaxınlığında şənbə günü itdiyini bildirib.

Axtarış-xilasetmə işlərinin davamlılığı ilə bağlı başqa məlumat verilməyib.

Bahadur Seyidov