ABŞ-da yay vaxtına keçid başlayıb



 12:06 11.03.2024     258

ABŞ-də saat əqrəbləri şənbə günündən bazar gününə 1 saat irəli çəkilib və yay vaxtına keçid tətbiq edilib.

Demedia.az xəbər verir ki, ABŞ-da respublikaçı senator Marko Rubionun başçılıq etdiyi bir qrup senator daha əvvəl gündəmə gətirdikləri  daimi yaz vaxtına qənaət qanun layihəsini cümə günü yenidən gündəmə gətirib.

Məsələ ilə bağlı açıqlama verən Rubio, saat qurşağının ildə iki dəfə dəyişdirilməsinin "absurd və yanlış bir təcrübə" olduğunu müdafiə edərək, yaz saatına daimi olaraq dəyişdirilməsi lazım olduğunu ifadə edib.

ABŞ Senatı 2022-ci il martın 15-də respublikaçı senator Marko Rubionun sponsorluğu ilə ölkədə yay vaxtına keçidin qalıcı olması ilə bağlı qanun layihəsini yekdilliklə qəbul edib, lakin qanun layihəsi gündəliyə salınmayıb və Nümayəndələr Palatasında səsə qoyulub.

ABŞ-da yay vaxtı rejimi 2024-cü il noyabrın 3-də başa çatacaq və saatlar 1 saat geri çəkiləcək.

Bahadur Seyidov