Misir və Birləşmiş Ərəb Əmirliklərinin Qəzza zolağına 5-ci dəfə hava yardımı çatdırıb



 12:14 11.03.2024     253

Misir və Birləşmiş Ərəb Əmirliklərinin Qəzza zolağına 5-ci dəfə hava yardımı çatdırdığı açıqlanıb.

Demedia.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin xəbər agentliyinin məlumatında Qəzzaya beşinci dəfə hava yolu ilə yardımın çatdırıldığı, yardımın fələstinlilərin müharibə səbəbilə çəkdikləri əziyyətləri yüngülləşdirmək və çətinliklərin öhdəsindən gəlmələrinə kömək etmək məqsədi daşıdığı bildirilib.

Misir və Birləşmiş Ərəb Əmirliklərinin birgə əməliyyatı ilə Qəzzada fələstinlilərə 62 ton ərzaq və tibbi yardımın çatdırıldığı bildirilib.

Bahadur Seyidov