Yunanıstan qadınların hərbi xidmətə cəlb edilməsini nəzərdən keçirir



 13:01 11.03.2024     280

Yunanıstanın müdafiə naziri Nikos Dendias qadınların könüllü olaraq hərbi xidmətə cəlb edilməsini nəzərdən keçirdiklərini bildirib.

Demedia.az xəbər verir ki, Dendias əhalinin yarısının hərbi xidmətdən azad edilməsinin uyğunsuzluq olduğunu bildirib. Dendias bildirilib ki, bu çərçivədə qadınların könüllü əsgərliyə getməsi ilə bağlı araşdırmalar aparılır. Mövzuyla əlaqədar qanunun əslində Yunanıstanda 1977-ci ildən bəri mövcud olduğunu ifadə edən Dendias məsələnin Silahlı Qüvvələrin nümayəndələri ilə müzakirə edəcəklərini ifadə edib.

Bahadur Seyidov