“Google” İsrailə etiraz edən mühəndisini işdən çıxarıb
ABŞ-ın texnologiya şirkəti “Google” Nyu Yorkda təşkil etdiyi texnologiya tədbirində İsrailə etiraz edən mühəndisini işdən çıxarıb.
Demedia.az xəbər verir ki, “Google” sözçüsü bildirib ki, işçi şirkətin sponsorluq etdiyi rəsmi tədbirə müdaxilə edib və həmkarının təqdimat keçirməsinə mane olub.
“Məsələdən asılı olmayaraq, bu davranış qəbuledilməzdir və işçi siyasətlərimizi pozduğuna görə işdən çıxarılıb”, - deyə məlumatda bildirilir.
Bahadur Seyidov