Fransa Ukraynaya hərbi qüvvə göndərməyəcək - Açıqlama



 14:23 11.03.2024     290

Fransanın müdafiə naziri Sebastien Lecornu bəyan edib ki, Ukraynaya hərbi qüvvələr göndərməkdən söhbət gedə bilməz.

Demedia.az xəbər verir ki, Lecornu qonaq olduğu BFMTV kanalında Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib. Ukraynaya hərbi birlik göndərilməsinin gündəmdə olmadığını ifadə edən Lecornu, 3 Fransız şirkətinin Ukraynada pilotsuz təyyarə hissələri kimi hərbi materialların istehsalı üçün Ukrayna şirkətləri ilə ortaqlıq quracağını açıqlayıb.

Qeyd edək ki, Fransanın ev sahibliyi etdiyi Ukraynaya dəstək konfransında  çıxış edən Fransa lideri Emmanuel Makron Rusiyanın müharibədə qalib gəlməsinin qarşısını almaq üçün ölkəsinin hər cür həmlə edə biləcəyini ifadə etmişdi.

Bahadur Seyidov