153 sərnişini olan təyyarədə şok...



 17:00 11.03.2024     198

Kendaridən İndoneziyanın paytaxtı Cakartaya uçan təyyarədə həm pilot, həm də ikinci pilot eyni vaxtda 28 dəqiqə yuxuya gedib və naviqasiya xətalarına səbəb olub.

Demedia.az xəbər verir ki, təyyarə bir neçə dəqiqə yoldan çıxıb.

Milli Nəqliyyat Təhlükəsizliyi Komitəsinin (KNKT) ilkin hesabatına görə, uçuş zamanı 153 sərnişin və 4 stüardessa da daxil olmaqla, heç kim xəsarət almayıb, təyyarəyə heç bir ziyan dəyməyib. BTK6723 reysi 2 saat 35 dəqiqə davam edib və Cakartada uğurla enib.

Məlumata görə, ikinci pilot günün əvvəlində kapitana “kifayət qədər istirahət etmədiyini” bildirib. Təyyarə Kendaridən ayrılaraq kruiz hündürlüyünə çatdıqdan sonra kapitan da dincəlmək üçün icazə istəyib və ikinci pilot təyyarəni idarə edib. Məlumata görə, enişdən təxminən 90 dəqiqə əvvəl ikinci pilot da "təsadüfən” yuxuya gedib. Bildirilib ki, ikinci pilotun qeydə aldığı son rabitədən 12 dəqiqə sonra regional idarəetmə mərkəzi təyyarəyə çatmağa çalışıb.

Aysun / Demedia.az