Son istəyi mərci şorbası oldu - VİDEO
Antalyada gecə yatmağa gedərkən ərindən səhərə mərcimək şorbası içmək istədiyini deyən 52 yaşlı Qırğızıstanlı qadın yatağında ölü tapılıb.
Demedia.az xəbər verir ki, hadisə saat 11:00 radələrində Muratpaşa məhəlləsi, Muratpaşa məhəlləsi, 572 küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib. Əldə edilən məlumata görə, Mövlud Çeliklə 3 ildir evli olan Qırğızıstan əsilli Səlimə Ömərova gecə yatdıqdan sonra səhər oyanmayıb.
Həyat yoldaşını ayıltmaq istəyən Mövlud Çelik bacara bilməyib və vəziyyəti 112 Təcili Zəng Mərkəzinə bildirib. Xəbər üzərinə hadisə yerinə gələn tibb qrupları Ömərovanın öldüyünü müəyyən ediblər. Polis qrupları da qeyd olunan ünvana göndərilərkən, bələdiyyə həkimi tərəfindən aparılan müayinədə Ömərovanın ölümü şübhəli olub. Hadisə Yeri Araşdırma qruplarının işindən sonra Ömərovanın cansız bədəni yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı Morgu'na aparılıb.
Aysun / Demedia.az