Litvada Rusiya ilə bağlı bu qərar qüvvəyə mindi
Litvada diplomatik avtomobillər və Litva üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedib-gələn nəqliyyat vasitələri istisna olmaqla, Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə qadağan edilib.
Demedia.az xəbər verir ki, bu barədə Litva KİV-i məlumat yayıb.
Qeyd edilib ki, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab edilərək İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunacaqlar.
Açıqlamada, Litvada təxminən 50 Rusiya nömrəli avtomobilin olduğu və bu vasitələrin sahiblərinin 6 min 561 dollara qədər pul cəzası ilə üzləşdiyi və ölkəni tərk etmədikləri təqdirdə bu vasitələrin müsadirə ediləcəyi bildirilib. .
Litva üzərindən Rusiyanın Kalininqrad vilayətinə gedən və ya bu bölgədən gələn Rusiya vətəndaşlarının müvafiq sənədləri olması və Litva ərazisindən tranzitin 24 saatdan çox davam etməməsi şərti ilə qadağadan azad ediləcəyi bildirilib.
Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.
Bahadur Seyidov