Faydasını biləndən sonra hər gün çayını içəcəksiniz! - Video



 09:28 12.03.2024     458

Bu bitkini hər gün göyərti satılan piştaxtalarda görürüsünüz.

Müxtəlif vitaminlərlə (A,C, B qrupu, K, P) zəngin olan keşniş toxumunun faydaları və müalicəvi xüsusiyyətləri saymaqla bitməz: - mikrob, virus və göbələkləri öldürür - ürək və beyinin fəaliyyətini yaxşılaşdırır - insanı daha gümrah edir, əhvalı yaxşılaşdırır, stressi azaldır - iştahanı yaxşılaşdırır, qidanın parçalanmasını sürətləndirir - köpdən xilas edir - qurdları öldürür - nəfəs yollarını selik və mikroblardan təmizləyir, nəfəsalmanı asanlaşdırır - öd kisəsində durğunluq proseslərini azaldır - kişilərdə potensiyanı artırır - soyuqdəymə xəstəlikləri zamanı çox faydalıdır - tərlədir, hərarəti salmağa kömək edir, orqanizmdən toksinləri xaric edir, xəstənin vəziyyətini yüngülləşdirir. Əgər qan azlığı, halsızlıq, tez yorulmaq, ya da depressiyaya meyillilik varsa, keşniş yemək tövsiyə edilir. Bəli, bu göyərti dəmir ilə zəngin olduğu üçün qanyaradıcı məharəti var. Antiseptik və antioksidant xüsusiyyətləri sayəsində keşniş infeksiya əleyhinə çıxış etməkdə də mahirdir.

Demedia.az  "Bir Bax"  "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşür. Videonu izləyərək mövzu  barədə ətraflı məlumat əldə edə bilərsiniz.

Rəna İsmayılova / Demedia.az