İranın dəstəklədiyi qrup İsrailin ən böyük hava limanını vurdu



 14:00 12.03.2024     278

İsrailin Qəzzaya hücumları aramsız olaraq davam edir. 30 mindən çox fələstinli həyatını itirərkən, İsrail dünyanın atəşkəs çağırışlarına cavabsız qalır.

Demedia.az xəbər verir ki,Yaxın Şərqdəki müharibə müxtəlif cəbhələrə yayıldığı bir vaxtda İraqdakı İslam müqaviməti Ben Qurion hava limanına pilotsuz təyyarə ilə hücum edib.

İraqdakı müqavimət qrupunun verdiyi açıqlamada deyilib: "Mücahidlərimiz bazar ertəsi axşam pilotsuz uçuş aparatlarından istifadə edərək qəsbçi strukturun dərinliklərində yerləşən Ben Qurion hava limanını hədəf aldılar və ikinci mərhələni tamamlayaraq düşmən qalalarını məhv etməyə davam etdiyimizi təsdiq edirik. İşğala müqavimət göstərmək üçün əməliyyatlar. Qəzzadakı xalqımıza dəstək olun".

Aysun / Demedia.az