Rusiyada hərbi yük təyyarəsi qəzaya uğradı
Rusiya Müdafiə Nazirliyi orduya məxsus hərbi təyyarənin qəzaya uğradığını açıqlayıb. İvanovada qəzanın təyyarənin mühərrikinin alışması səbəbindən baş verdiyi bildirilib.
Demedia.az xəbər verir ki, nazirliyin açıqlamasında təyyarədə 8 ekipaj və 7 sərnişinin olduğu bildirilib.
Qəza ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib. Rusiya mətbuatının məlumatına görə, qəzadan sonra təyyarədə sağ qalan olmayıb. 15 nəfərin həyatını itirdiyi bildirilib.Təyyarənin qəzaya uğradığı anın görüntüləri sosial mediada paylaşılıb. Kadrlarda təyyarənin mühərriki yandığı və qara tüstü buraxdığı halda qəzaya uğradığı görülüb.
Aysun / Demedia.az