"Beşiktaş"da nə baş verir? - Məşqçi açıqlama yaydı
Super Liqanın nəhəngi "Beşiktaş"ın baş məşqçisi Fernando Santos Qaziantep FK-ya 2-0 hesabı ilə uduzduğu matçdan sonra çox danışılan açıqlamalar verib.
Demedia.az xəbər verir ki, matçın gedişini dəyərləndirən Santos bunları deyib:
"Komandanın baş məşqçisi olaraq azarkeşlərdən üzr istəyirəm. Bizim tempimiz çatışmırdı. Ümumiyyətlə pis idik. Məsuliyyət mənimdir. Pis oyun keçirdik. Qalatasaray matçının da ilk dəqiqələrində qol buraxdıq, amma sonra reaksiya verdik. Amma bu gün belə olmadı".
Aysun / Demedia.az