Ərdoğan “Bu mənim son seçkimdir” desə də...
Türkiyə Prezidenti Ərdoğan martın 31-də keçiriləcək yerli seçkilərlə bağlı “Son seçkim” ifadəsini işlədib.
Demedia.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən ədliyyə naziri Yılmaz Tunç, TBMM-in növbədənkənar seçkilərə qərar verəcəyi təqdirdə prezident Ərdoğanın bir müddət daha namizəd ola biləcəyini bildirib:
"Konstitusiyamızın 101-ci maddəsinə görə, prezident 5 il müddətinə seçilir. 116-cı maddənin 3-cü bəndində 2 müddət üçün seçilə bilər. "Türkiyə Böyük Millət Məclisi 5-dən 3 səs çoxluğu ilə ikinci prezidentlik dövründə seçkilərin yenilənməsinə qərar verərsə, o zaman yenidən namizədlik yolu 3-cü dövr açılacaq”.
Aysun / Demedia.az