"iPhone" 16-da yeni özəllik



 20:28 12.03.2024     631

Apple ümumiyyətlə hələ təqdim etmədiyi məhsulları gizlətməkdə çox uğurlu bir şirkətdir.

Demedia.az xəbər verir ki, ancaq sızan son məlumatlar göstərir ki, bu uğurunu yeni iPhone ilə qoruyub saxlaya bilməyib.

Yeni dizaynın sızan görüntülərində iPhone 16-nın sağ tərəfində yeni fiziki düymə görünür. Alınan məlumata görə, bu fiziki düymə “Capture Button” kimi təsvir edilir və xüsusilə selfi çəkənlər üçün çox faydalı görünür.

Bu düymə sayəsində istifadəçilər foto və ya video çəkərkən ekrana basmaq məcburiyyətində qalmayacaqlar. Bununla belə, telefonun sol tərəfindəki və səs düymələrinin üstündəki hərəkət düyməsi bu şəkillərlə müqayisədə bir qədər böyük olacaq.

91mobiles tərəfindən dərc edilən şəkillər xüsusi olaraq dizaynerlər tərəfindən istifadə edilən CAD fayllarından götürülüb. Bu fayllar telefon təqdim edilməzdən əvvəl xüsusilə qutu istehsalçılarına paylanır və bu CAD faylları sayəsində istehsalçılar yeni telefonlar üçün qablar istehsalına erkən başlaya bilərlər.

Saytın iddiasına görə, yeni Capture Button da kamerada olduğu kimi fokus və böyütmə səviyyəsini tənzimləmək kimi imkanlara sahib olacaq. Bu baxımdan yeni iPhone-un kamera imkanlarının daha da yaxşılaşacağını da deyə bilərik.

Həmçinin iddia edilir ki, düymə “kapasitiv toxunma funksiyasına” malik olacaq, yəni o, sadəcə fiziki düyməni deyil, toxunma və sürüşdürmə kimi jestləri aşkarlaya bilir. Hətta bildirilir ki, düyməyə yüngülcə toxunmaq fokus və böyütməni tənzimləyəcək, düyməni basmaqla isə foto çəkməyə və ya video çəkilişinə başlamağa imkan verəcək.

Göründüyü kimi, səs düymələrinin üstündə yerləşən "fəaliyyət düyməsi" də bir qədər böyüyəcək. 
Qeyd etmək lazımdır ki, bu dizayn faylları yalnız yeni telefonun Pro modeli üçün keçərlidir. Beləliklə, iPhone 16-nın giriş və orta səviyyəli modellərində böyük ehtimalla belə bir düymənin olmayacağını söyləmək səhv olmaz.

MacRumors-dan verilən məlumata görə, iPhone 16, Pro və Pro Max-in top modellərində ekran baxımından dəyişikliklər olacaq. 6,1 düym olan Pro modelinin ekran ölçüsü yeni modellə birlikdə 6,3 düymədək artır. Pro Max-da bu rəqəm 6,7 düymdən 6,9 düymədək artacaq. Ekran ölçüsü ilə yanaşı, hərəkət düyməsinin də iPhone 16-nın bütün modellərinə əlavə ediləcəyi gözlənilir.

Adının "iPhone 16" olacağı gözlənilən bu yeni telefonun (hər il olduğu kimi) gələn ilin sentyabrında təqdim ediləcəyi gözlənilir.

Aysun / Demedia.az