Küçədə ayağından güllələdi - Türkiyədə inanılmaz hadisə
Samsunun İlkadım rayonunda küçədə dəhşətli hadisə yaşanıb.
Demedia.az xəbər verir ki, hadisə saat 15.30 radələrində İlkadım rayonu, Bahçelievlər məhəlləsi İstiqlal küçəsində baş verib.
H.D. aralarında borc problemi olan Kemal F.-ni küçədəki dondurma dükanında gözləyib. Bir müddət telefonla danışdıqdan sonra su içdikdən sonra qapıya çıxan H.D, çıxardığı tapança ilə Kamal F-nin ayaqlarından atəş açıb. Bu vaxt güllələrdən biri səkərək bankdan pul çıxardıqdan sonra küçə ilə gedən Mustafa Ş.-nin dabanına dəyib.
Şübhəli qaçarkən, yaralılar bölgəyə sövq edilən sağlamlıq qrupları tərəfindən Samsun Təhsil və Araşdırma Xəstəxanasına və Qazi Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb.
Hadisə ilə bağlı araşdırmalara başlayan polis şübhəlinin gedə biləcəyi ünvanlara basqın edərək, yaxınları vasitəsilə ona təslim olması barədə məlumat verib. Bunun üzərinə H.D polisə təslim olub. Şübhəli polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilib.
Aysun / Demedia.az