Bu qonşular 3 dəqiqəlik fasilə ilə iftar edirlər - İNANILMAZ
Edremit və Ayvacık rayonlarının sərhəddində yerləşən Mıhlı çayının hər iki tərəfindəki qonşular 3 dəqiqəlik fasilə ilə iftar edirlər.
Demedia.az xəbər verir ki, Balıkəsirdə Edremit rayonunun Narlı və Çanaqqalanın Ayvacık səmtindəki Küçükkuyu qəsəbəsinin Mıhlı məhəlləsində çayın hər iki tərəfindəki qonşular 3 dəqiqəlik fərqlə iftar edirlər.
Balıkəsirdə Edremit bölgəsində vətəndaşlar iftar vaxtı saat 19.21-də iftar açarkən, Çanaqqala tərəfdə təxminən 10 metr aralıda olan qonşuları saat 19.24-də iftar açır.
Mıhlı çayının Edremit tərəfində yaşayan vətəndaşlar “Biz Edremitdə yaşayırıq. Küçükkuyunun Mıhlı səmtindəki qonşularımız bizdən 3 dəqiqə sonra iftarlarını açır”. Çanaqqala tərəfdə yaşayan vətəndaşlar “Balıkəsir tərəfdə azanımız oxunduqdan sonra burada 3 dəqiqə sonra oxunur. “Onlar iftar edəndə gözləyirik” dedilər.
Aysun / Demedia.az