Rumıniya Prezidenti NATO-nun baş katibi vəzifəsinə namizəd olduğunu açıqlayıb
Rumıniya Prezidenti Klaus İohannis NATO-nun baş katibi vəzifəsinə namizəd olduğunu açıqlayıb.
Demedia.az xəbər verir ki, İohannis bu barədə ölkəsinin NATO-ya daxil olmasının 20-ci ildönümü münasibətilə verdiyi açıqlamada deyib. O, bu namizədliyi Rumıniya adından tam məsuliyyətlə öz öhdəsinə götürdüyünü açıqlayıb. NATO-da olmağın ölkəsinə tarixin ən güclü təhlükəsizlik zəmanətini verdiyini vurğulayan İohannis, "Bu təhlükəsizlik zəmanətləri heç vaxt indiki qədər əhəmiyyətli olmamışdır. Biz təhlükəsizlik baxımından son onilliklərin ən çətin dövrlərini yaşayırıq, lakin biz rumınlar özümüzü təhlükəsiz hiss edirik, çünki biz NATO-nun üzvləriyik” deyə bildirib.
Bahadur Seyidov