Banqladeş bayraqlı yük gəmisi Hind okeanında qaçırılıb
Banqladeş bayraqlı yük gəmisi Hind okeanında silahlı quldurlar tərəfindən qaçırılıb və bütün ekipaj girov götürülüb.
Demedia.az xəbər verir ki, bu barədə Banqladeş Dəniz Departamentinin baş direktoru Mohammad Maksud Alam açıqlama verib.Alam, Hind okeanında qaçırılan Banqladeş bayraqlı "MV Abdullah" yük gəmisi Mozambikin Maputo limanından Birləşmiş Ərəb Əmirliklərinin Əl Hamriyah limanına doğru üzürmüş. Gəmi kömür daşıyırmış. Ağır silahlar daşıyan dəniz quldurlarının gəmiyə nəzarəti ələ aldığını bildirən Alam, girov götürülən 23 nəfərlik heyət üzvlərinin xəsarət almadığını ifadə edib.
"Hökumət bütün mümkün diplomatik vasitələrdən istifadə edərək ekipajı və gəmini xilas etməyə çalışır", - Alam bildirib.
Bahadur Seyidov