Avropa İttifaqı və İsveçrə münasibətləri yaxşılaşdırmaq üçün danışıqlar aparır
Avropa İttifaqı və İsveçrə münasibətləri yaxşılaşdırmaq üçün danışıqlar masasına oturacaq.
Demedia.az xəbər verir ki, Avropa İttifaqı Şurası Avropa İttifaqı Komissiyasına İsveçrə ilə münasibətlərin əsasını təşkil edəcək “geniş tədbirlər paketi” ilə bağlı danışıqlar aparmaq səlahiyyəti verildiyini açıqlayıb.Bəyanatda bildirilib ki, danışıqların məqsədi Avropa İttifaqı ilə İsveçrə arasında ikitərəfli münasibətləri yeniləmək, Avropa İttifaqı ilə daxili bazarda fəaliyyət göstərən İsveçrə şirkətləri arasında ədalətli rəqabət mühitini təmin etmək və Avropa İttifaqının hüquqlarını qorumaqdır.
Bahadur Seyidov